Dünəndən cəmiyyət Qurban Qurbanovu yerə vurur, Nəriman Axundzadəyə görə çox ağır şeylər yazan adamlar var.

Təəccüblü deyil. Biz buyuq, cəmiyyət olaraq hələ də. Dünənə qədər qələbələr bəxş edən, sevindirən, qürurlandıran adamı bir neçə uğursuzluqda çox rahat şəkildə xərcləyirik.

Mən əminəm ki, Qurban müəllim bu adamların yazdıqlarına fikir verməyəcək, öz yoluna davam edəcək.

Ümumiyyətlə, bu tipli şeyləri görəndən sonra bir daha əmin oluram ki, Azərbaycan cəmiyyəti çox qəddar və amansızdır.

Bir çox insanlar, sadəcə əlində güc yoxdur deyə, məsum görünürlər.

O gün bir şair dostumla danışırdıq, elə ona da dedim ki, bu millətin Müşfiq sevgisi belə saxtadı. Sadəcə uzaq zamanda olub, ölüb deyə dəyər verirlər, güya.

Yoxsa, məsələn Müşfiq bugün sağ olsaydı, inanın başına oyun açardı bizimkilər. Dirənərdilər ki, davay filan şeydən də yaz. Yazmayanda da deyərdilər, vse bu da satıldı, hörmətdən düşdü.

Barmaq silkələyərdilər. Təhqir edərdilər. Yazıq Yasamalda 2 otaqlı evdə yarıac-yarıtox yaşayardı, amma millət yenə də əl çəkməzdi adamdan.

Allah haqqı edərdilər. Bunlar Sabirə nəcis atanların nəvələridirlər, e, bunlardan ağla, zəkaya hörmət, sevgi gözləməyin.

Tak Şto, Azərbaycan cəmiyyətində sevgi, sədaqət, ədalət, mərhəmət, insanlıq, bu şeylər girmir.

Çalışın, güclü olun. Yoxsa cəmiyyət basıb gözünüzü deşəcək.
120+2-də qol vurub Avropanı ayağa qaldırdı, biz də ekrana yapışıb qaldıq. Potensialı çoxdu, qaçışı yaxşıdı, texnikası yerində. Sadəcə, bəzən sosial mediada bir az artıq görünür — nə bilim, rəqs, mahnı, video…

Amma yenə də: Qarabağın yetişdirdiyi ən perspektivli uşaqlardan biridir. Düz yol ilə gedib özünü yığışdırsa, çox uzaq gedəcək.