Psoriaz – dəridə qızartı, qabıqlanma və qaşınma ilə özünü göstərən xroniki dəri xəstəliyidir. Bəzən genetik olur, bəzən stress, soyuq hava və ya immun sistemindəki dəyişikliklər bunu başladır. Yoluxucu deyil, amma çox narahatlıq verir. Müalicəsi var, amma tam yox olmur, sadəcə sakitləşdirmək olur.