(ayrıca bax: masturbasiya)
Qadınlarda orqazm demək olar ki, kişilərdə olduğu kimidir. Qadının vajinasında kişilərdəki ereksiyaya bənzər qan axını olur. Klitorisin sərtləşməsi və vajinanın nəmlənməsi baş verir ki, bu da orqazm üçün zəmin hazırlayır. Orqazm anında uşaqlığın və ətraf əzələlərin ritmik daralması müşahidə olunur. Bu arada beyindəki hipotalamus və limbik sistem adlanan strukturlar oyanmada rol oynayır. Bəzi biokimyəvi maddələr (məsələn, VİP və NO) əzələləri rahatlaşdırmaqda və qan axını artırmaqda təsirli olur. Bundan əlavə, müxtəlif hormonlar da qadınların cinsi funksiyalarına təsir edir. Estrogen hüceyrə davamlılığı və vajinadakı qan axını üzərində əhəmiyyətli təsirlərə malikdir, androgenlər isə istək, cinsi oyanma və orqazma əhəmiyyətli təsir göstərir. Orqazmın simptomları tənəffüs sürətinin artması, ürək döyüntüsünün və qan təzyiqinin artmasıdır. Bundan əlavə, göz bəbəkləri genişlənir, dodaqlar qaralır, məmə ucları dikləşir, klitoris islanır və sərtləşir. Artan həyəcanla dəri qırmızıya çevrilir və tərləmə başlayır. Qadınlarda böyük dodaqlar, klitoris, vagina və çanaq orqanları penis kimi böyüyür və genişlənir.