Azərbaycanda qumar məsələsi elə-belə mövzu deyil. qanuna görə qumar oyunları yalnız dövlətin icazə verdiyi (lisenziyalı) hallarda mümkündür. qalan hər şey – yeraltı kazinolar, gizli mərc oyunları, telegram/veb saytlar üzərindən oynanan qumarlar – qanunsuz sayılır.

qanunsuz qumar həm təşkil edənə, həm də oynayana problem yaradır.
oynayan şəxs belə məsuliyyətdən yayınmır.

nə baş verir?

qanunsuz qumarda iştirak edən adama inzibati cərimə yazıla bilər
cərimə məbləği adətən bir neçə yüz manat olur
oyun zamanı istifadə olunan pul və əşyalar müsadirə edilir
təşkilatçılar üçün isə iş daha ciddidir: iri cərimələr, ictimai işlər, hətta həbs


onlayn qumar da fərqli deyil
“sayt xaricidir”, “vpn-lə girirəm” kimi bəhanələr işə yaramır. qanunsuz onlayn qumar oynamaq da eyni qaydada məsuliyyət yaradır. üstəlik kart məlumatlarının oğurlanması, dələduzluq riski də cabası.

qanuni olan nədir?

yalnız lisenziyalı lotereyalar
dövlətin icazə verdiyi idman mərc oyunları


qalan hər şey riskdir – həm cibə, həm də qanuna görə.

qısaca desək:
“bir az oynadım, nə olacaq ki” deyənlərin axırı çox vaxt cərimə peşmançılıq olur.