elm deyir qara dəlik hər şeyi udur, işığı belə. amma mənim telefonun yaddaşı ondan da betərdi.

2 şəkil çəkirəm — yaddaş dolur. bir dənə video yükləyirəm — sistem nəfəs ala bilmir.
whatsapp-dan gələn “salam” səsi belə yaddaşı silkələyir.

başlayıram silməyə: eyni memlər, 24 dəfə çəkilmiş selfie-lər, tanımadığım adamların toy şəkilləri...

silsəm də, yenə də yaddaş dolur. və bu an başa düşürəm:
mənim telefonumun yaddaşı bir qara dəlikdi, amma çıxışı yoxdu.