əsl adı ilə Elxan Aqşin oğlu Zeynallı, Azərbaycanın tanınmış repçi, musiqiçi və yazıçılarından biridir. O, 3 aprel 1987-ci ildə Bakıda anadan olub. Qaraqan, H.O.S.T. qrupunun əsas üzvlərindən biri kimi tanınır və Azərbaycan hip-hop musiqisinin inkişafında mühüm rol oynayıb. Onun musiqi karyerası ilə yanaşı, yazıçılıq fəaliyyəti də geniş tanınıb. O, 10 romanın müəllifidir və bu əsərlərdən biri olan "A" romanı Azərbaycanda bestseller olub.

Qaraqan həmçinin Milli Kitab mükafatının ilk qalibi olmuşdur. Onun musiqi və ədəbiyyat sahəsindəki fəaliyyəti Azərbaycan mədəniyyətinə böyük töhfələr vermişdir.
Bir vaxtlar ölkədə qara kapuşon altında qəhrəmanlar var idi. Əsl Protest replər yazan, gəncləri maarifləndirməyə çalışan, cəmiyyətin problemlərini və çatışmazlıqlarını insanların üzünə sərt şəkildə çırpan, 3 meymunu oynamayıb danışılmış battle'lara çıxmayan bir neçə oğlan. O dövr HOSTçu olanlar bilər çoxumuzun düşüncə tərzinin sağlam formalaşmasında rol oynayan ünsürlərdən biridə elə H.O.S.T Alliance oldu.İdiki çoxları kimi çəkib uçmağı, içib yatmağı, gecə həyatını təbliğ etmədilər.