Bir vaxtlar ölkədə qara kapuşon altında qəhrəmanlar var idi. Əsl Protest replər yazan, gəncləri maarifləndirməyə çalışan, cəmiyyətin problemlərini və çatışmazlıqlarını insanların üzünə sərt şəkildə çırpan, 3 meymunu oynamayıb danışılmış battle'lara çıxmayan bir neçə oğlan. O dövr HOSTçu olanlar bilər çoxumuzun düşüncə tərzinin sağlam formalaşmasında rol oynayan ünsürlərdən biridə elə H.O.S.T Alliance oldu.İdiki çoxları kimi çəkib uçmağı, içib yatmağı, gecə həyatını təbliğ etmədilər.