Okeanlarda qida zəncirinin ən üst halqasında yer alan yırtıcı məməli. O qədər ağıllı və sosial heyvanlardır ki köpək balıqları belə onlardan çəkinir. Qəribədir ki bu canlıların dəniz və ya okenalarda insanlara hücum etdiyi görülməmişdir. Əksinə, delfinlər kimi insanlarla oynamağa çalışırlar. Qatil balinalar əhlilləşdirilir və akvariumlarda saxlanır. Amma akvariumda saxlanılan qatil balinaların bir neçə dəfə öz təlimçilərinə hücum etməsi görülmüşdür. Hətta bu hallardan biri təlimçinin ölümüylə nəticələnmişdir.