Yaddaşın güclü olması, bəzən təkcə bədənimizin genetik quruluşuna bağlıdır. Amma həm də həyat tərzi və məşq ilə əlaqəlidir. İnsanlar mütəmadi olaraq zehni məşq etdikcə, yeni əlaqələr qurur və beyin daha tez məlumatları xatırlamağa başlayır. Eyni zamanda, emosionallıq da yaddaşı gücləndirə bilər. Əgər hadisə çox emosional və ya stresli idisə, beyində daha çox iz buraxır və bunu daha asan xatırlaya bilirik.