bu da ayrı bi dərddir. ürək tutub yazırsan, sonra "ay nə iş elədim" deyib geri çəkilirsən. adam özünü açanda qorxur, incinməkdən, ya da cavab gözləməkdən yorulur. amma heç olmasa səmimi olmaq lazımdı, yoxsa özü də ağır olur. sən belə hiss etmisən?
bəzən bir qıza yazıram, sonra oturub öz-özümə deyirəm ki, niyə yazdım axı?
elə bil içimdəki o anlıq həvəs, sakitləşəndə başa düşürəm ki, marağım yox imiş.
yazdımsa da nə danışacağımı bilmirəm. başlayıram “necə sən?”, “neynirsən?” klassikası.
söhbət alınmır, özümdən soyuyuram.
nə o qızın günahıdı, nə də mənim. sadəcə boş vaxt, boş maraq.