Başında zevs adlı youtuberin durduğu maliyyə piramidası. Piramida sxemi haqqında məlumatı olmayanlar növbəti yazımda ətraflı maraqlana bilər
Gələk yeni dələduzluq növü hansı ki, realbiznes adı ilə tiktokda youtubede ve digər sosial platformalarda qarşımıza çıxır. İstifadəsi son dərəcə sadə görünən bu dələduz platforma insanları daha doğrusu xəyallarında heçbir iş görmədən varlanacağını düşünən insanları aldatmaqda davam edir. Youtuber zevsin adını çəkdim, səbəbsiz yerə deyil. Çünki bu şəxs sosial şəbəkələrdə durmadan bu biznesini reklam edir sanki özünün deyilmişcəsinə sanki oda qazananlardan biriymiş kimi özünü göstərərək sadə camaatın cibinə girir. Bundan öncə meteex adlı platformaya rəhbərlik edən zevs qardaşının qanunsuz əməllərinə görə kiber cinayətkarlıqla tutulmasından sonra həmin platformanı bağladı və istifadəçilərin sayını bilmədiyimiz pullarını yedi.

Deyəsən yediyi pullar bitdikdən sonra yeni oxşar dələduzluq növünə əl atdı, nədə olsa asan qazanc yeri tapıb axı.

Rusiyada oturub azərbaycanda kasıb təbəqənin cibinə girən bu şəxsin qanunsuz əməllərinə dur deyən lazımdır. Bunun üçündə ilk öncə realbiznes tipli bu saytlardan uzaq durmaq və linçləmək mütləqdir.
Heçbir şəxs, şirkət, kompaniya sizə asan qazanc ən əsası da yatırım etdirib çoxlu qazanc verəsi deyil. Bunu hamılıqla dərk etməmiz lazımdır

(ayrıca bax: piramida saytları)