Ayın Yer ətrafında dövr etməsi əsasında qurulmuş bir təqvim növüdür. Bu təqvimdə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir və 12 aydan ibarətdir. Ay təqvimi, Günəş təqvimindən 11 gecə-gündüz qısadır. İlk Ay təqvimi İkiçayarasında miladdan öncə III minillikdə tərtib edilmişdir və sonralar Şərq ölkələrində geniş yayılmışdır