Orta yaşlı bir xala gözümün qabağında çiynində məktəb çantası olan 9-10 yaşında bir uşağı yerindən durğuzdu ki, özü otursun. Mən də durub yerimi uşağa verdim ki, otursun. Çünki o qədər də yorğun deyildim. Xala düşənə qədər mənə qarğış tökdü, çünki yerimi ona yox, uşağa vermişdim.