Bu, dünyada ən təbii haldır, amma nədənsə insanlar bunu dalaşmaq üçün bir səbəb kimi görürlər. Əsas odur ki, fərqli fikirlərə dözə bilək, müzakirəni müharibə kimi görməyək. Ancaq bəzi insanlar fikir ayrılığını şəxsi hücum kimi qəbul edir və dərhal müdafiəyə qalxırlar. Halbuki vəziyyət çox sadədir, siz başqa cür düşünürsünüz, mən başqa cür düşünürəm. bu qədər. dünyanın sonu deyil.