Biz elə bilirik ki, fasiləsiz görürük. Əslində isə gözümüz çox sürətli və davamlı şəkildə "şəkillər çəkir", bu şəkilləri beyinə göndərir. Beyin isə bu şəkilləri təhlil edir və beləcə bizim real dünya haqqında təsəvvürlərimiz formalaşır. Bu proses bizdə davamlılıq illüziyası yaradır. Bu, bir növ uşaq vaxtı dəftərin qırağına şəkil çəkdiyimiz və onu tez-tez varaqlayanda şəkillərin hərəkətə gəldiyi hissinə bənzəyir.