Pasiyentlər gözlərinin rəngini özləri müəyyənləşdirə bilərlər. Seçimlər arasında göy, mavi, boz, yaşıl, kəhrəba, bal, ala, firuzəyi və bənövşəyi rənglər yer alır. Əməliyyatın qiyməti seçilən rəngə görə 2000 manata qədər arta bilər. Prosedur təxminən 40 dəqiqə davam edir, ağrısız keçir və yerli keyitmə ilə həyata keçirilir. Qeyd edək ki, bu cür əməliyyatlar daimi xarakter daşıyır və əvvəlki göz rəngini bərpa etmək mümkün deyil.
Azərbaycanın məşhur simaları Nanə Ağamalıyeva və Mətanət Əliverdiyeva qəhvəyi rəngli gözlərini əməliyyatla mavi rəngə dəyişiblər.
Azərbaycanın məşhur simaları Nanə Ağamalıyeva və Mətanət Əliverdiyeva qəhvəyi rəngli gözlərini əməliyyatla mavi rəngə dəyişiblər.