Paltaryuyan maşında yaranan xoşagəlməz qoxunun qarşısını almaq üçün düyüdən istifadə etmək effektiv üsul ola bilər. Xüsusilə, paltaryuyan maşının qapısı daim bağlı olduqda bu problem daha da aktual olur. Düyü, həmçinin kifə qarşı mübarizədə də faydalı ola bilər, çünki nəm və yuyucu qalıqların yığılması məişət texnikasına zərər verə bilər.

Ancaq düyünü birbaşa tambura tökmək tövsiyə edilmir, çünki bu, maşına ciddi zərər yetirə bilər. Bunun əvəzinə, düyünü kiçik bir parçaya doldurub ağzını möhkəm bağlayaraq maşının içərisinə yerləşdirmək lazımdır. Bu üsul ilə həm xoş qoxulu maşınınız olacaq, həm də texnikanızın uzun ömürlü olması təmin olunacaq