1918-ci ildə erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların xatirəsidir. Bu hadisələr 30 martdan 2 aprelə qədər davam edib və Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ və digər bölgələrdə minlərlə günahsız insanın, o cümlədən qadınlar və uşaqların həyatına son qoyulub