Güvən bir dəfə sındımı, heç nə əvvəlki kimi olmur. Nə qədər "bağışladım" desən də, içində bir səs daim deyir ki, "yenə edər." İnsan nə qədər yaxşı niyyətli olsa da, aldandıqca dəyişir. Qəlbi yavaş-yavaş sərtləşir. Hər şeyə şübhə ilə yanaşmağa başlayır. Səni sevən biri belə olsa, əvvəlki kimi tam açıla bilmirsən. Çünki içində qorxu var – eyni ağrını yenidən yaşamaq istəmirsən.
Bəzən deyirlər ki, "keçmiş keçmişdə qaldı." Amma keçmişin izləri gələcəklə gəlib bir yerə çıxır. Dua edirsən ki, qarşına gələn insan səni anlayan biri olsun. Allahdan istəyirsən ki, səni yoranlara bənzəməsin.
Bir də var özünə güvənsizlik. Hamı gedəndə, "dəymərəm heç kimə" deyib içinə qapanırsan. Amma unudursan ki, sən də birisin öyrənməyə, sevməyə, sevilməyə layiqsən. Həyat davam edir. Hər yeni səhər – yeni bir ümiddir. Bəlkə də bu dəfə hər şey başqa cür olacaq.
İçində az da olsa inam saxla. Özünə, həyata və ən əsası – Rəbbinə.