O an ürəyini ovucuna almış bir uşaq kimidir – cəsarətli, amma bir o qədər də müdafiəsiz. Köhnə dövrlərin sadəliyi ilə yaxınlaşar, söz gəzdirib dolandırmaz, birbaşa soruşar. Qulağa bir az sadəlövhlük kimi gələ bilər, amma səmimiyyəti ilə toxunar insana. Bəzən bir təbəssümə, bəzən də böyük bir məyusluğa açılan qapıdır o sual. Amma hər halda içində həqiqi bir ürək daşıyır.