İnsan ağlayanda tək səbəb kədər olmur. Bəzən sevinəndə də dolur, qorxanda da, əsəbiləşəndə də. Beyin çox duyğu hiss edəndə sinir sistemi gözyaşı bezlərinə siqnal verir. Göz yaşları – bədənin “bu artıq çox oldu” deməyidir. Bəzən danışa bilməyəndə göz danışır.