Bax bu sual var ha, beynin içini sanki dondurur. Niyə varıq, doğrudan da? Kimin üçün yaşayırıq, nəyə sübut etməyə çalışırıq özümüzü? Kim bizi bu dünyaya atıb da, “bax gör, bu da var” deyib kiməsə nəsə göstərmək istəyib? “Heç nə yoxkən niyə nəsə var?” — ən sadə, amma ən dərin sual budur bəlkə də.

Öncədən deyim: “İbadət üçün varıq” deyən olsa, vallah, bir lapatka ilə ağızlarına vurmaq gəlir içimdən. Bu qədər sadələşdirilə bilməz insanın varlığı.