Azərbaycan xalçaçılığı qədim sənətkarlıq ənənələrindən biridir. Xalçalar müxtəlif bölgələrə aid ornament və rənglərlə fərqlənir: Quba, Qarabağ, Gəncə, Təbriz və s. Xalça yalnız ev əşyası deyil, həm də sənət əsəri kimi dəyərləndirilir. 2010-cu ildə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir.