Bu ölkədə çox gülərüzlü olsan, ya səni saf sanırlar, ya da mütləq bir məqsədin olduğunu düşünürlər. Kimsə kömək etsən, “mütləq nəsə istəyəcək” deyirlər. Çünki burada kədər norma çevrilib. Ciddi olmaq – qaşqabaqlı olmaq, gülümsəmək isə – lağa qoyulmaq kimi görülür.

Halbuki bəzən bir təbəssüm belə ən böyük müqavimət formasıdır. Amma burada gülərüz olmaq belə şübhə ilə qarşılanır. Çünki insanlar artıq yaxşı niyyətə yadlaşıb, gözələ ehtiyatla yanaşır. Ən böyük problem də budur: artıq səmimiyyətin belə niyyəti sorğulanır.