Empati qurmaq dediyin şey, elə bil başqasının ayaqqabısını geyinməkdi — ama ölçü uyğun gəlməyə də bilər. Adam dərdini deyir, sən də başınla təsdiq eləyirsən ki, “həə, başa düşürəm”, amma içində fikirləşirsən “məndə olsa, bu qədər problem eləməzdim.” Amma yenə də dinləyirsən. Çünki hərənin yükü özünə ağırdı. Bəzən bircə "səni başa düşürəm" deməyin, adama dünyanı verir. Əslində empati qurmaq ağıllı olmaq yox, adam kimi adam olmaq məsələsidi.