Empatinin çox zaman vicdani tərəfini düşünürük, amma əslində empati bir az da eqoistlikdir. Eqoistlik isə hər zaman ilk ağla gəldiyi kimi mənfi bir məna daşımır – bəzən insanın təbiəti gərəyi özünü önə çəkmə meylidir.
Empati şəxsi narahatlıqları qidalandırır. İnsan özünü başqasının yerinə qoyanda içindəki narahatlıq çox güclüdürsə, hadisənin kontekstindən qopar və məsələ daha çox öz ətrafında dönməyə başlayar. Əslində vicdan tərəfini düşünəndə də, məqsədimiz çox vaxt daxili rahatlığımızı qorumaqdır. Birinə, bir hadisəyə, bir vəziyyətə üzülür və kömək etmək istəyirik, amma bu istəyin alt qatında dayanan motivasiya – yenə də özümüzə dönməyimizdir, öz qorxu və narahatlıqlarımızdır. Əlbəttə, sosial bağları gücləndirmək də motivasiya ola bilər, amma empatinin belə bir şəxsi tərəfinin də olduğunu düşünürəm.
Qısası: empati edə bilən insanlar – hər şeydən əvvəl özünü düşünə bilən, hisslərini tanıyıb onlara sahib çıxmağı bacaran insanlardır. Empati edə bilməyən insanlar isə – ilk baxışda “yalnız özünü düşünən” biri kimi görünsələr də, oradakı vəziyyət eqoistlik deyil, hiss çatışmazlığıdır; hisslərini tanıya bilməməkdir.
(ayrıca bax: eqoist insan)