27 sentyabr Azərbaycan tarixinin ən unudulmaz günlərindən biridir., Bu gün sadəcə bir müharibənin başlanğıcı deyil, illərlə sinəmizə yığılan həsrətin, iztirabın, göz yaşının, əsarətin qırılma anıdır., Sanki torpağ özü üsyana qalxdı, şəhidlərin ruhu səmadan çağırdı..., ``Ayağa qalxın, haqqınızı alın`` Azərbaycan əsgəri isə bu çağırışa sinəsini sipər edərək cavab verdi., 27 sentyabrda başlayan Vətən müharibəsi sadəcə torpağların azad olunması üçün döyüş deyildi., Bu, ədalətin bərpası, tarixi haqqın qaytarılması idi., Çünki işğal altında olan torpağlar yalnız daşdan, torpağdan ibarət deyildi, o torpağlarda insanların uşaqlığı, xatirələri, məzarları, mədəniyyəti və ruhu yatırdı., Həmin gün Azərbaycan Ordusu xalqın gücünü, birliyini özündə cəmləyərək tarixə ``Zəfər yürüşü``nün ilk addımını atdı., Düşmənin illərlə qurduğu sədlər, istehkamlar əsgərin iradəsi qarşısında tab gətirmədi., Hər güllə, hər addım, hər şəhid qanı bu zəfərin bünövrəsini möhkəmləndirdi