Boşanma vaxtı çoxlu problem və çətinlik yaşadım. Bunları danışdığım adam məni mühakimə etdi, qınadı, günahlandırdı. Heç nə demədim, heç bir qarğış da etmədim. Amma 2–3 ay sonra eynisinin, hətta daha ağırının onun başına gəldiyini gördüm. Məndən “haqqını halal et” dedi. Mən də sadəcə “keçmiş olsun” deyib yoluma davam etdim.