Gördüyüm ən ağır imtahanlardan biridir bu; hətta imtahan kimi də deyil — ayağında sökülüb atılmağını gözləyən bir qandal kimidir, boğazında udula bilməyən bir tikə kimi, kürəyində silkələyib ata bilmədiyin bir yük kimi. Sanki minlərlə imtahan üst-üstə yığılmış və səni gözləyirmiş kimi.

İnsan özünü “vah mənə” deyərkən tapır. “Bunu mənmi demişəm?” deyən bir Sinan Engin məsumluğuna sığınmaq istəyir bir az da. Nə zaman bunu etməyə çalışsam, özümü “yetər artıq Mithat, hər yer köpük içində qaldı” deyərkən tapıram; daha irəli getmək istəmirəm. Sanki qızğın közlərin üzərində bir hədəfə doğru gedirmiş kimi, ya da hər addımda qandallar ayağını bir az daha sıxıb göyərdir, amma inadla yol bitəcək və qandallar qopub düşəcək.

Hikmətini yalnız uzun bir təfəkkür nəticəsində anladım. Ağır imtahanların hikmətini anlamaq üçün, Allaha (svt) qayıtmaq üçün, səmimi və nə dediyini bilən bir tövbə üçün keçmişinlə üzləşmək, nəyi etməli və nədən uzaq durmalı olduğunu anlamaq lazımmış.

İnsan özünü hesaba çəkməklə nəyin hesabını verəcəyini öyrənir; elə ya, haradan başlayacağını bilməyən bir insan işi necə bitirə bilər? Keçmişinlə üzləşmək həm müəllim, həm də şagird olmaq imiş və insan öz nəfsini ən yaxşı özü tanıyarmış.