Nura Suri yenə susmadı, yaxşı ki də susmadı. Qadın açıq-açıq deyir ki, dövlət tədbirlərinə ayrılan pullar hardasa “yoxa çıxır”, sənətçilər isə pulsuz oxuyur. Üstəlik, teatrda, muzeydə klip çəkmək istəyən gərək əli cibində olsun – ya pul, ya hədiyyə, nə bilim daha nə. Mədəniyyət Nazirliyi isə hər dəfə eyni cavab: “Şəffaflıq var”. Biz də inandıq? Hə. Bu şəffaflıq bəzən həddindən artıq görünməz olur.