Çeçen əsilli, İsveçrəni, hazırda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən peşəkar MMA döyüşçüsüdür. O, UFC-də orta çəki və yarımorta çəki divizionlarında çıxış edir. Çimaev MMA karyerasına çox sürətli yüksəlişlə başlayaraq, qısa müddətdə bir neçə dominant qələbə qazanması ilə məşhurlaşıb. Güclü güləş bacarığı, partlayıcı zərbələri və aqressiv döyüş üslubu ilə tanınır.

Hamzat Çimaev : "İslamı və məni dayandırmaq çətindir, çünki 3 aya güləşi öyrənə bilmərsən. Biz illərlə xalçada güləşirik. Texnikamız fərqlidir, İslamda sambist texnikasıdır, mənim texnikam sərbəst güləş və Yunan-Romadan gəlir. Gəlmişəm Armanı dəstəkləməyə. Əgər İlia və Arman görüşüb dalaşsalar, girişməyəcəm. Qoy təkbətək olsun. Əksinə qıraqdan girişənləri döyəcəm".