bir zamanlar həyatımda böyük yer tutduğu halda sonradan həyatımdan çıxardığım insanlar olub. “yaxın dost” kateqoriyasına adam almağım asan deyil, aldığımı da həyatımdan çıxarmağım asan olmur. amma hər birinin bir səbəbi vardı. heç kimlə davaya girmədim. verdiyim dəyərin qarşılığını görməyəndə, istifadə olunduğumu, zərər gördüyümü, arxamdan iş çevrildiyini hiss edəndə sadəcə uzaqlaşıb çıxardım həyatımdan. buna görədə də heç birinin yoxluğunu hiss etmədim, darıxmadım.
gözəl xatirələr yadıma düşəndə gülümsədiyim olub, amma bu, həmin adamlardan darıxmağım üçün səbəb deyil. əgər həqiqətən dostum olsaydılar, “köhnə” olmazdılar. yaş keçdikcə də anlayırsan ki, insanlar elə də darıxmağa dəyəcək canlılar deyilmiş.