dodağa edilən hialuron turşusu köçürməsinə verilən ad
(ayrıca bax: hialuron turşusu)
hialuron turşusu köçürməsi isə dodağın anestezik kremlə və ya sinir blokları edilərək (həmin o diş həkimlərinin etdiyi kimi) klinikada hialuron turşusu tərkibli dolğu maddəsinin dodağa köçürülməsidir.

hialuron turşusu köçürmə prosesi təxminən 15 dəqiqə çəkir. xəstənin necə dodaq istədiyinə uyğun olaraq (daha qabarlı və ya daha təbii) köçürmə edilir. dodaq hərəkətli nahiyə olduğundan vurulan dolğu orta hesabla 8–12 ay qalır, çünki hərəkətli yerlərdəki dolgular daha tez əriyir. əgər nəticə bəyənilməzsə, tam şəkildə əridilə bilər.