O vaxt bizə səviyyəsiz bir qadın dərs deyirdi. (Müəllim adına ləkə olduğuna görə müəllim deyə xitab eləmirəm). Oğlunu Moskvada qız söhbətinə görə öldürmüşdülər deyə qızlara nifrət edirdi. Hər dərs mənasız bir səbəbdən hansısa qızı qaldırır onu təhqir edir , alçaldır və ağladana qədər ondan əl çəkmirdi. Ancaq biz bu barədə nə evdə nə məktəbdə heç kimə heçnə demirdik. Amma indi uşağa güldən biraz ağır söz deyirsən səhər valideyni gəlir ki uşağımda travma yaranır. Bizdə yaranmırdı bəs o travma??? 🥹