orqanizmə müəyyən miqdarda daxil edildikdə, sağlamlığa fayda verən “canlı mikroorqanizmlər”dir. Normal bağırsaq florasını təşkil edən, patogen olmayan qram-pozitiv və qram-neqativ bakteriyalar və göbələklər probiotiklərə daxildir. Ümumiyyətlə, probiotiklər qidaya əlavə olunan və təhlükəsiz qəbul edilən maddələrdir.

Bədənimizdə daim "yaxşı" və "pis" bakteriyalar mövcuddur. İnfeksiya yarandıqda, pis bakteriyalar bədəndə çoxalmağa başlaya bilər və bu zaman yaxşı bakteriyalar pis bakteriyaları məhv edərək orqanizmdə tarazlığı bərpa etməyə çalışır. Probiotik əlavələr, bədəndə yaxşı bakteriyaların sayını artıraraq bu tarazlığı qorumağa kömək edir.

Probiotiklər düzgün miqdarda qəbul edildikdə, bağırsaq florasının sağlamlığını təmin edərək ümumi sağlamlığımıza müsbət təsir göstərir. Bununla yanaşı, probiyotiklər bədənimizin enerji istifadəsini və kalori yandırma prosesini tənzimləyərək arıqlamağa da kömək edir.

Probiyotiklərin faydaları:

Probiotiklərin əsas vəzifəsi, bədənin düzgün işləməsi üçün yaxşı və pis bakteriyalar arasında tarazlıq yaratmaqdır. Bu, həmçinin bağırsaq baryerinin güclənməsinə, immun funksiyalarının dəstəklənməsinə və iltihabların nəzarətdə saxlanmasına kömək edir.

Qida maddələrinin həzmi: Probiyotiklər, orqanizmə daxil olan qidaların düzgün həzm olunmasına kömək edir.
Pis bakteriyaların qarşısını almaq: Zərərli bakteriyaların çoxalmasını dayandıraraq xəstəliklərə qarşı qoruma təmin edir.
Vitaminlərin həllinə dəstək: Vitaminlərin bədəndə daha yaxşı həll olunmasına kömək edir.
Pis bakteriyaların qana qarışmasının qarşısını alır: Bağırsaqdan qana pis bakteriyaların keçməsinin qarşısını alır.
Dərmanların parçalanması və sorulması: Bədənin dərmanları düzgün şəkildə parçalamaq və sormaq funksiyasını təmin edir.
İmmunitet sisteminə dəstək: Bədənin immun reaksiyalarını gücləndirir.