Beynim həmişə çatışmayan şeylərə,zəifliklərimə fokuslanıb. Əgər uşaqlığıma qayıtsaydım, özümü bərk-bərk qucaqlayıb “qorxma” deyərdim. Çünki o vaxtdan bəri məndə bir problem olduğunu, başqalarından pis mənada fərqləndiyimə,hər kəsin ideala yaxın, özümünsə bacarıqsız, ağılsız olduğuma inanmışam. Başqalarını gözümdə böyüdüb, eyibim üzə çıxmasın deyə ünsiyyətdən də qaçmışam. Ancaq bu yaşımda insanları yaxından tanıdıqca , hamısının özünə görə çətinliyi, mənfi tərəflərini görməyə başlamışam.