Ölkədə əksər bəylərin ətir seçimində bir alqoritm var. Həmin alqoritm belədir: “Qaqa, bunu vursam, qızlar qaça-qaça gələcək üstümə?”
Heç bir ətir qadının ağlını başından alacaq qədər şəhvətləndirə bilməz, təbii ki, bu yalandır. Sadəcə olaraq əks cins bundan xoşlana bilər. Bu, yenə də onda heç bir əsaslı dəyişiklik yaratmaz. Ölkədəki gəncləri aldadaraq, onlara “Christian Dior Sauvage” və “Giorgio Armani Stronger With You” ətrini bir ara dəhşət satdılar.