Mikayıl Müşfiq həbs olunmamışdan 2-3 ay öncə Ayna Sultanova Müşfiqi öz yanına çağırıb demişdi ki, artıq Hüseyn Cavidi itiririk, onu həbs edəcəklər, sən onun əleyhinə bir-iki yazı yaz, səni repressiyadan qurtara bilərik. O zaman otaqda Mikayıl Müşfiq bu sözləri deyir: "Mənim sağ əlim Cavidin əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram."