Fikir verirsinizsə, texnologiya dünyası çox sürətlə inkişaf etməyə başlayıb və bu sürət hər keçən gün daha da artmağa başlayır. 3 il əvvəl (ayrıca bax: süni zəka) yalnız özünə yüklənən lokal məlumatlar əsasında çalışarkən, indi insan kimi danışmağı və hətta cihazlarımızı idarə etməyi də öyrənib. Buna telefondan daha tez şarj olan elektromobilləri və mikrobotları da aid etmək olar. Fikrimcə bu irəliləyiş müəyyən bir zamanda doyma nöqtəsinə çataraq ulduzlara səyahət kimi müxtəlif sahələrə yönələcək.