"Xoşbəxtsənmi?" Bu çox çətin bir sualdır. Hər zaman bəli deyirəm, çünki dostlarım var, zarafatlarına gülürəm, hardasa görüşürük, əylənirik. Həyatım o qədər də pis sayılmaz və çox şükür ki, çox problemim də yoxdur. Daha pis həyatım ola bilərdi. Amma sonra bir gecə yari oyanıram, həyatı düşünürəm, özümü qəlbimin necə ağladığı halda tapıram. Özümü çox pis hiss edirəm və sahib olduğum hər şeyi sorğulamaq məcburiyyətində qalıram. Xoşbəxtəm ya deyiləm, bunu bilmirəm....