Seyyid peyğəmbərin nəslindən olan insanlara deyilir, onlar isə 1400 il əvvəl ölüblər, yəni bu adamın nəslinin nümayəndələrinin günümüzdə kimlər olduğunu heç ərəblər də bilmir. Amma nə hikmətsə Azərbaycana hər kənddə, kəsəkdə ən az 1 dənə seyyid var. Buradan bütün həmvətənlərimə səslənirəm, seyyid peyğəmbərin nəslindən olanlara deyirlər, 5-10 il namaz qılan, həccə gedən, ibadət edən adamlar seyyid sayılmır. Bunlar hətta dünyanın ən böyük dindarları, ən yaxşı insanı olsa belə seyyid sayılmır.