Ölkə olaraq təhsil almağa, imtahan verməyə, tıxaclarda qalmağa, işləməyə, ev tikməyə, toy etməyə, toya getməyə, uşaq edib uşağa baxmağa, müharibə etməyə, gələcək qayğısı çəkməyə, ömrümüz boyu minbir cürə problemlərin öhdəsindən gəlməyə və qısacası lazım olan-olmayan hər şeyə vaxt tapdıq, amma yaşamağa vaxt tapa bilmədik. Heyranam özümüzə, yaşamadan bu qədər şeyləri necə edirik məəttəl qalmışam.