Azərbaycanda həbsdə olan erməni terrorçu milyarder
R.Vardanyan ailəlidir, dörd övladı var. Onun oğullarının ən böyüyü Davidin Ermənistan tərəfdən aprel döyüşlərində iştirak etdiyi bildirilir.

Həyat yoldaşı - Veronika Feliksovna Zonabenddir. O, 1990-cı ildə Moskva Aviasiya İnstitutunu bitirib, Aviasiya Tədqiqat Avadanlıqları İnstitutunda mühəndis işləyib, 1993-cü ildən Tveruniversalbankın valyuta departamentinin direktor müavini vəzifəsində çalışıb, 1994-1995-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində bank və maliyyə ixtisası üzrə təhsil alıb, 1999-cu ildən isə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, Ermənistandakı UWC Dilijan Kollecinin həmtəsisçisi və direktorlar şurasının sədridir.