Yer üzündəki hər canlı öz növünü davam etdirmək üçün yaşayır. İnsanlar da belədir, nəsillərini təhdid edən hər şeyi məhv etmək üçün proqramlaşdırılmışdır. Paralel olaraq, soyunu davam etdirməyə kömək edəcək elementləri qorumağa çalışır. Bir çox valideynlər övladları üçün özlərini qurban verməyə hazırdırlar, necə ki, ceyranlar timsahların qabağına atırlar ki, balaları çaya qaçsın. Ancaq başqalarının uşaqlarına gəldikdə, heç kim bu qədər cəsarətli deyil. Bir sözlə, təbiətdə xeyir və şər yoxdur, mənafelər var və ümumi mənafeləri qorumaq üçün görülən işlərə bəzən yaxşı, bəzən də pis deyilir.