Yaxşı insan olmaq üçün nə lazımdır?Cavabı axtardıqca gördüm ki,uzaqdan soyuq biri kimi görünsəm də,həmişə ünsiyyətdə olduqlarımla xoş rəftar etmişəm.Tanımadığım uşaqlarla saatlarla danışıb,oyun oynamışam.Satıcı,ofisiant və ya kuryerlərlə həmişə mehriban davranmış,əlimdən gəldiyi qədər kömək edib,təşəkkür etməyi unutmamışam.Yaşlılarla söhbətləşib onların dərdlərinə şərik olmağa çalışmışam.Bunları düşündükcə başa düşürəm ki,yaxşı insan olmaq əslində nə hiss etdiyindən çox,necə davrandğına bağlıdr.