Əməliyyat nəticəsində uzun müddət ölkədə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin başçısı, DİN-in Cinayət Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Hacı Məmmədov və dəstənin üzvləri həbs olunub. Əməliyyatın keçirilməsinə səbəb Hacı Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərən cinayətkar dəstənin uzun illər ərzində törətdiyi ağır cinayətlər, o cümlədən adam oğurluğu, qətl və s. olmuşdur. Dəstənin fəaliyyəti nəticəsində bir çox insan zərər görmüş, ölkədə ictimai-siyasi sabitlik pozulmuşdur.