Pendirdəki dəliklər süd turşusunu fermentləşdirən və qaçmağa yeri olmayan karbon qazı çıxaran propion turşusu bakteriyalarının fəaliyyəti ilə bağlıdır - 1917-ci ildə William Clark tərəfindən verilən bu izahat uzun müddət üstünlük təşkil etdi. Təxminən bir əsr sonra İsveçrə alimləri bu nəticəyə şübhə ilə yanaşdılar və deşiklərin ot mikroskopik hissəcikləri ilə əlaqəli olduğunu fərz etdilər. Onların tədqiqindən əvvəl İsveçrə pendirlərindəki boşluqların sayının və ölçüsünün ildən-ilə azaldığı, avtomatik sağım sistemlərinin durmadan artdığı və əllə sağımın prosesdən uzaqlaşdığı da məlum idi. Təcrübələr zamanı alimlər müxtəlif miqdarda toz hissəciklərinin əlavə edilməsinin dəliklərin təbiətinə birbaşa təsir etdiyini göstərdilər