Həyat yoldaşını, övladını və ya hansısa bir insanı digər insanların yanında danlamaq hünərli olmaq demək deyil! Hörmət qoymaq bir həddir. O həddi də, sən özün təyin edirsən. Bu gün, başqalarının yanında danladığın insanla aranda olan həddi özün götürürsən, sabah da o artıq bir söz deyəndə, "Mənə qarşı həddini aşma!" deyib, özünə haqq qazandırmağa çalışırsan. Kimsə sənə hörmət edib dözürsə, bundan sui-istifadə etmə! İndi də olmasa, yaşlananda peşman olacaqsan.