Bu gün də bir çox ölkənin qanunvericiliyinin əsasını təşkil edən hüquq sistemlərindən biri. Başlanğıcda şifahi adət-ənənələrə əsaslanan və e.ə. V əsrdə 12 Cədvəl Qanunlarının yazıya alınması ilə daha sistemli hala gəlmişdir.
Bu qanunlar sadə vətəndaşların hüquqlarını qorumaq üçün yaradılmışdı və Roma cəmiyyətində böyük əhəmiyyət daşıyırdı. Daha sonra, hüquqşünasların və məhkəmələrin qərarları əsasında bu sistem inkişaf edərək zamanla mülki hüquq, cinayət hüququ və inzibati hüquq kimi sahələrə bölündü.
Roma hüququnun ən maraqlı xüsusiyyətlərindən biri müqavilə hüququnun əsaslı şəkildə işlənib hazırlanması idi. Müxtəlif müqavilə növləri – satış, icarə, borc, əmək münasibətləri – hamısı hüquqi çərçivəyə salınmışdı. Hətta indiki hüquqi şəxslər anlayışı da Roma hüququndan gəlir. Yəni, müəyyən təşkilatlar və birliklər rəsmi olaraq mülkiyyət sahibi ola bilər və hüquqi məsuliyyət daşıyırdı.
Bir çox Avropa ölkəsinin hüquq sistemi bu prinsiplərə əsaslanır, məhkəmə və qanunvericilikdə latın terminləri (məsələn, habeas corpus, de facto, lex talionis) hələ də istifadə olunur. Yəni, bu qədim sistem öz aktuallığını itirməyib.