Nəfəssiz qalıb boğulmaq kimidir. O, heç yoxkən belə hər kəsdən daha çox olması deməkdir. Gecənin kor qaranlığında xatirələrilə aydınlanmaqdır. Sol tərəfinə batırılan xəncərin təkrar-təkrar qanatmasıdır. İçin yana-yana tükənməkdir. Milyonlarla insan arasında tənhalıqdan sıxılmaqdır. Darıxmaq apatiyanın eşiyində növbə gözləməkdir. Bir uçurumun kənarında cılız bir budağa tutunmaqdır. Yaralı quş tək çırpınmaqdır. Günəşə həsrət, gecəyə düşmən olmaqdır. Ürəyinlə qanlı bıçaqlı, yarım yamalaq yaşamaqdır. Darıxmaq xatirələrə sarılıb yuxuna gələr ümidiylə xəyallarda qeyb olmaqdır. Gördüyün yerdə kölgəsinə sarılmaqdır. Bir dəfə görmək üçün kilometrləri heç saymaqdır. Gecədən səhərə yağmurda islanıb pəncərəyə düşən kölgəsini seyr etməkdir. Darıxıram deyə bilməzsən bəzən. Amma onu xatırladan mahnını səhərə qədər dinləyərsən. Burnunun dirəyi sızlayıncaya qədər darıxsan da özünü aldatmaqdır. Qarşılaşarkən göz-gözə gəlməmək üçün özünlə savaşmaqdır. Bəzən hər şeyi unudub möhkəmcə sarılmaq istəyərsən. Qabırğaları sınarcasına buraxmamaq. Fəqət bir şey səni dayandırar. Qürur. Dünyadakı ən acı ağrının qəlb ağrısı olduğu sanırsan, yanılırsan. Birdə ruh ağrısı var. Canlıykən ruh bədənini tərk edirmiş kimi. Canından can sökülərcəsinə. Darıxmaq hər yağmurda küçəyə qaçmaq, avazın çıxana qədər ağlamaqdır. Yanağındakı damcıları hər kəs yağış zənn edərkən içini yandıran göz yaşları olduğunu bir tək sən bilməkdir. İzlədiyin hər filmdə özünə pay çıxarmaqdır. Hər şeyi buraxıb qaçaraq qoynuna sığınmaq istəməkdir. Kimsəyə məhəl qoymadan, ona belə rəğmən hər şeyə göz yummaqdır. Darıxmaq usanmadan, bezmədən təkrar-təkrar şans verməkdir. Puça çıxan ümidlərini görməzdən gəlməkdir. Onun açdığı yaraları ondan belə gizlətməkdir. Darıxmaq hər hüceyrənin ona hicranıdır. Vüsal ümidiylə həyata bağlanmaqdır. Və sən, ey sevgili! Bəhanələr axtararsan. Səsimi eşitmək üçün. Sudan səbəblərlə bir aloma həsrət gözün telefona zillənər. Sonra üsyanlar baş qaldırar ürəyində. İçində fırtınalar qopar. Heçmi yadına düşmürəm? deyə. Sən məndən bixəbər, mən səndən nigaran tükənər ömrümüz. Ayrı salar yollar bizi. Sən gələrsən mən gedərəm.